Azərbaycan yığması dünya çempionatına İsmayıllıda hazırlaşır
27.07.2010 - 11:36
Azərbaycan yığması dünya çempionatına İsmayıllıda hazırlaşır
Ağır atletika üzrə Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək dünya çempionatının hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Yanko Rusevin yetirmələri Bolqarıstanda təlim-məşq toplanışından sonra İsmayıllıda bir araya gəliblər.

Sentyabrın 19-27-də baş tutacaq hazırlıqlara bolqarıstanlı mütəxəssis rəhbərlik etsə də, Rusev hazırda 2 günlük vətəninə yollanıb.

Qeyd edək ki, dünya çempionatı London-2012-yə lisenziya xarakteri daşıyır.
0