Atletimiz Avropa çempionatının final mərhələsində
28.07.2010 - 16:35
Atletimiz Avropa çempionatının final mərhələsində
İspaniyanın Barselona şəhərində keçirilən atletika üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 5 atletlə təmsil olunduğumuz yarışda bu gün Layeş Abdullayeva mübarizəyə qoşulub.

3000 metr məsafəyə qaçışda qüvvəsinin sınayan milliləşdirilmiş legionerimiz ilkin mərhələni uğurla başa vurub. O, bu məsafəni 9:40,42 saniyəyə qaçaraq yer aldığı qrupda birinci yeri tutub və finala vəsiqə qazanıb.

İyulun 30-da keçiriləcək həlledici mərhələdə Abdullayevanın rəqibləri Böyük Britaniya, Moldova, Rusiya, İspaniya, Fransa, İrlandiya və Rumıniya atletləri olacaqlar.

Qeyd edək ki, avqustun 1-ə kimi davam edəcək qitə çempionatında hələlik 1 idmançımız çıxışını başa vurub.
0