Adnan Kistakın yığma sevdası baş tutmadı
04.08.2010 - 09:51
Adnan Kistakın yığma sevdası baş tutmadı
Voleybol üzrə qadınlardan ibarət Türkiyə millisinin yeni baş məşqçisinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlu” komandanı Mehmet Bedestinlioğlu çalışdıracaq. Bu posta əsas namizədlər siyahısında “Azərreyl”in baş məşqçisi Adnan Kistakın adı çəkilsə də, sonda Türkiyə Voleybol Federasiyası onun xidmətində maraqlı olmayıb.

Qeyd edək ki, yeni çalışdırıcı Bedestinlioğlu əsasən gənclərlə işləyib və bəzi oyunlarda Türkiyə yığmasının baş məşqçisini əvəzləyib.
0