Milli komandamız reytinq siyahısında mövqeyini qorudu
31.08.2010 - 10:34
Milli komandamız reytinq siyahısında mövqeyini qorudu
Voleybol üzrə qadınlardan ibarət milli komandaların reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, Qran-Pri yarışlarından sonra açıqlanan siyahıda Azərbaycan yığması mövqeyini dəyişməyib. Faiq Qarayevin yetirmələri 8 ay əvvəlki kimi, yenə də 33-cü (9,75 xal) pilləni tuturlar.

Voleybolçularımız bu xalla qitə üzrə 8-cidir. Komandamızı Avropa ölkələrindən Rusiya (113,8 xal, 3-cü yer), İtaliya (81,3 xal, 7-ci yer), Hollandiya (73,8 xal, 8-ci yer), Almaniya (68,5 xal, 9-cu yer), Serbiya (58,8 xal, 10-cu yer), Polşa (54,3 xal, 11-ci yer) və Türkiyə (23,8 xal, 22-ci yer) qabaqlayır.

Siyahıya 172,5 xalla Braziliya milli komandası başçılıq edir. Onları ABŞ (145,5) və Çin (136,5) voleybolçuları izləyirlər.

Qeyd edək ki, qadınlardan ibarət yığmadan fərqli kişi komandamız ötən ay açıqlanan reytinq cədvəlində Qvatemala, Belçika və İsrail milliləri ilə 2,5 xalla 68-71-ci yerləri bölüşür.
0