“İqtisadçı” hazırlığa başlayır
31.08.2010 - 12:43
“İqtisadçı” hazırlığa başlayır
Paytaxtın “İqtisadçı” voleybol klubunun bir araya gələcəyi tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyə yığmasının sabiq baş məşqçisi Rəşad Yazıçıoğullarının çalışdıracağı komanda sentyabrın 13-də bir araya gələcək.

Bakıda təlim-məşq toplanışı keçəcək Super Liqanın bürünc mükafatçısı daha sonra oktyabrın 1-4-də Türkiyədə “Əczaçıbaşı”, “Vakıfbank Günəş Sığorta” və “Rabitə” klublarının iştirakı ilə təşkil ediləcək “Errea cup”da mübarizə aparacaq.

İlk hazırlığa dünya çempionatında yığmalarının şərəfini qoruyacaq voleybolçular qatılmayacaqlar.

Qeyd edək ki, Azərbaycanı “Çelenc cup”da təmsil edəcək “İqtisadçı”nın ilk rəqibi Bosniya və Herseqovinanın “Kula” komandası olacaq. Onlar növbəti mərhələyə yüksələrsə, burada Rumıniyanın SCMU klubu ilə üz-üzə gələcəklər.
0