Zaqataladan İtaliyayadək
01.09.2010 - 11:20
Zaqataladan İtaliyayadək
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Rabitə” voleybol klubu təlim-məşq toplanışını Zaqatalaya Olimpiya İdman Kompleksində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, avqustun 23-dən hazırlıqlara başlayan son Azərbaycan çempionu səfərə bu gün yola düşüb.

Sentyabrın 17-dək Zaqatalada məşq edəcək “Rabitə” yenidən paytaxta qayıdacaq və beynəlxalq turnir öncəsi son hazırlığını keçəcək.

Bundan sonra Dejan Brdjoviçin yetirmələri ilk imtahanlarını vermək üçün Türkiyəyə gedəcəklər. “Rabitə” oktyabrın 1-4-də “Əczaçıbaşı”, “Vakıfbank Günəş Sığorta” və “İqtisadçı”nın iştirakı ilə keçiriləcək “Errea Cup”da qüvvəsini sınayacaq.

Super Liqanın qalibi bu yarışda çıxışdan sonra İtaliyada olacaq turnirdə mübarizə aparacaq. A seriyasının komandalarının iştirakı ilə baş tutacaq yarışa voleybolçularımız oktyabrın 11-də birbaşa Türkiyədən gedəcəklər.
0