Dünya çempionatının final mərhələsində yenilik
01.09.2010 - 14:46
Dünya çempionatının final mərhələsində yenilik
Beynəlxalq Voleybol Federasiyası (FİVB) dünya çempionatı tarixində yenilik edib. Apasport.az saytının məlumatına görə, beynəlxalq qurum final mərhələsində fərqlənənlərə mükafat verməyi qərara alıb.

Qərarın icrasına sentyabrın 9-da İtaliya kişilər arasında start götürəcək mundialdan start veriləcək.

Dünya çempionu adını qazanan ölkə 150 min dollar qazanacaq. İkinci yerin sahibi 100 min, üçüncü yerin sahibi isə 50 min dollar irəli düşəcək.

Mundialın ən yaxşısı seçilən voleybolçuya 30 min dollar veriləcək. Bundan əlavə, sonda müəyyənləşəcək ən yaxşılar da mükafatsız qalmayacaqlar. Ən məhsuldar hücumçu 20 min, digər mövqelərdə fərqlənənlər isə 15 min dollara sahib olacaqlar.
0