2 klub Azərbaycan çempionatına buraxılmır
03.09.2010 - 10:54
2 klub Azərbaycan çempionatına buraxılmır
Voleybol üzrə qadınlardan ibarət “Sumqayıt” və “Tovuz” komandaları Super Liqada mübarizə aparmayacaqlar. Apasport.az saytının məlumatına görə, son mövsümdə I liqada ilk 2 yeri tutan bu komandaları Göyçayın “Şirvan” klubu əvəzləyəcək.

Yeni yaradılan əyalət təmsilçisinin “Sumqayıt” və “Tovuz”dan iddialı olması onların birbaşa Super Liqada mübarizə aparmasına zəmin yaradıb.

Qeyd edək ki, voleybol üzrə növbəti Azərbaycan Super Liqasının 7 klubla keçirilməsi arzusu reallaşmayıb və ölkə çempionatında qüvvəsini sınayacaq komandaların adları müəyyənləşib. Oktyabrın sonlarında, noyabrın əvvəlində start götürməsi gözlənilən birincilikdə “Rabitə”, “Lokomotiv”, “İqtisadçı”, “Azərreyl”, “Nəqliyyatçı” və “Şirvan” klubları növbəti Azərbaycan çempionunun adına dəqiqlik gətirəcəklər.
0