“Partizan” Bakıya gələcək
03.09.2010 - 11:33
“Partizan” Bakıya gələcək
“Çelenc Cup”ın I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Azərreyl” və “Azərneft” komandalarının oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın köklü klublarından olan “Azərreyl” ilk görüşünü səfərdə keçirəcək.

Qadın voleybolçulardan ibarət paytaxt klubu Maltada PAOLA Hibs komandası ilə oyuna oktyabrın 9-da çıxacaq. Bu cütlüyün cavab matçı 8 gün sonra Bakıda oynanılacaq.

Kişilərdən ibarət “Azərneft” Serbiyanın “Partizan” klubu ilə ilk sınağına oktyabrın 16-da çıxacaq. Sahib Əliyevin yetirmələrinin ikinci qarşılaşması isə oktyabrın 23-də səfərdə baş tutacaq.

Qeyd edək ki, “Azərreyl” və “Azərneft”in Bakıda keçiriləcək oyunları saat 18:30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində start götürəcək.
0