Yunanıstan dünya çempionatında qəsdən uduzubmuş...
03.09.2010 - 12:36
Yunanıstan dünya çempionatında qəsdən uduzubmuş...
Türkiyədə keçirilən kişi basketbolçular arasında dünya çempionatında ilk “taktiki gedişi”i Yunanıstan yığması edib. Ellada təmsilçiləri qrup mərhələsinin son matçında bilərəkdən Rusiya millisinə uduzublar - 69:73.

Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatı 35 il sonra məğlub etdikləri Yunanıstanın qrup mərhələsinin son görüşündə ruslara qarşı müqavimət göstərmədiyini qeyd ediblər. Həmkarlarımızın fikrincə, yunanlar bunu 1/4 final mərhələsində güclü ABŞ basketbolçuları ilə qarşılaşmamaq üçün ediblər.

Maraqlıdır ki, “ay-ulduzlu” komandanın serbiyalı baş məşqçisi Boqdan Tanjeviç də oyun başa çatdıqdan sonra yunanıstanlı çalışdırıcıya görüşlə bağlı iradlarını çatdırıb: “Bravo... Son Avropa çempionatında da belə etdiniz”.

Bu ifadə Yunanıstan yığmasının oyunçusu Bourousisu əsəbiləşdirib və Tanjeviçlə arasında qalmaqal yaşanıb. Oyunçu çalışdırıcıya təpik atıb və sonda onları güclə sakitləşdirməyə nail olublar.

Qeyd edək ki, Rusiya milli komandasının baş məşqçisi Devit Blatt da yunanların oyununa şübhə edib. O, bildirib ki rəqibləri yeni basketbola gedən uşaq kimi oynayırmış və onların əvəzinə mən utandım.
0