“İqtisadçı” ispaniyalı voleybolçu ilə də anlaşdı
06.09.2010 - 12:18
“İqtisadçı” ispaniyalı voleybolçu ilə də anlaşdı
Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək paytaxtın “İqtisadçı” voleybol klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın bürünc mükafatçısı ispaniyalı Mariya Fernandezi heyətinə qatıb. Təcrübəli orta xətt oyunçusu 1 il “İqtisadçı”nın şərəfini qoruyacaq.

Qeyd edək ki, Rəşad Yazıçıoğullarının çalışdıracağı komanda daha 2 voleybolçu ilə danışıqlar aparır. Serbiya və Belarusdan olan oyunçularla müqavilə bağlanması gözlənilir.
0