Azərbaycan çempionatının bürünc mükafatçısından yenilik
06.09.2010 - 13:32
Azərbaycan çempionatının bürünc mükafatçısından yenilik
Paytaxtın “İqtisadçı” voleybol komandasını növbəti mövsümdə yeni formalarda meydana çıxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, “Çelenc Cup”da Azərbaycanı təmsil edəcək Azərbaycan çempionatının bürünc mükafatçısı İtaliya idman geyimi firması olan “Errea” ilə müqavilə imzalayıb.

Rəşad Yazıçıoğullarının yetirmələri yeni mövsümdə ilk oyununu məhz bu firmanın “Errea Cup” geyimində keçirəcəklər. Yarışda “İqtisadçı” ilə bərabər “Rabitə”, “Əczaçıbaşı” və “Vakıfbank Günəş Sığorta” klubları da mübarizə aparacaqlar.

Qeyd edək ki, “Errea” Azərbaycanda “Rabitə” voleybol klubunu və “Bakı” futbol komandasını da geyimlə təmin edir.
0