Rəqiblərimiz arasında səviyyə fərqi
27.09.2010 - 12:01
Rəqiblərimiz arasında səviyyə fərqi
Polşada hazırlıq çərçivəsində yerli “Aluprof” və Rusiyanın “Omiçka” voleybol komandaları yoldaşlıq oyunu keçiriblər. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının Avropa kuboklarındakı rəqiblərinin duelində polşalılar həlledici hissədə qələbə qazanıblar.

Belə ki, ilk 2 hissədə Çempionlar Liqasında “Rabitə” ilə eyni qrupda yer alan “Aluprof” qələbə qazansa da (25:20, 25:15), növbəti setlərdə “Lokomotiv”in “Çelenc Cup”ın II təsnifat mərhələsində gücünü yoxlayacağı “Omiçka” təşəbbüsə yiyələnib (28:26, 25:18). Lakin 5-ci hissədə səviyyə fərqi özünü göstərib. Qitənin ən mötəbər yarışında mübarizə aparacaq “Aluprof” 15:13 hesabı ilə rəqibinə qalib gəlib.
0