“Mən onun anası ilə əlaqədə olmamışam”
30.09.2010 - 11:08
“Mən onun anası ilə əlaqədə olmamışam”
Milli Basketbol Liqasının (MBA) tanınmış simalarından Delente Vest barəsində yayılan şayiələrə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, basketbolçu komanda yoldaşı LeBron Ceymsin anası Qroriya Ceymslə cinsi əlaqədə olmadığını açıqlayıb.

Vest bildirib ki, Ceymsin anası ilə bağlı danışılanlar hamısı yalandır: “Kimsənin anası ilə mən birlikdə olmamışam. Yəni, barəmdə deyilənlər yalandır”.

Qeyd edək ki, bu söhbətlər meydana çıxdıqdan sonra 2003-cü ildən “Klivlend Kavalyers” klubunda oynayan Ceyms komandası ilə vidalaşıb. Məşhur basketbolçu buranı tərk edərək “Mayami”yə keçib. Vest də klubunu dəyişməyə üstünlük verib. O isə “Boston”a transfer olunub.
0