Çaddan Azərbaycan klublarına qiymət
01.10.2010 - 13:31
Çaddan Azərbaycan klublarına qiymət
“Azərbaycan klubları ilə qarşılaşmaq bizim üçün yerinə düşdü. Komandamızın bütün səhvlərinə diqqət yetirmək imkanı qazandıq. Çünki bizi qarşıda Çempionlar Liqasında çətin oyunlar gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya çempionu “Modranska” klubunun baş məşqçisi Miroslav Çad deyib.

O bildirib ki, komandası “Azərreyl” və “Lokomotiv”lə fərqli oyun nümayiş etdirib. Hər iki görüşdə Bakı təmsilçilərinə qalib gələn Çad həmyerlilərimizin oyununa münasibət bildirib: “Onlar çox güclü idi. Xüsusilə, hücumda əla oynayırdılar. İlk görüşdə “Lokomotiv”lə başqa taktika, ardınca “Azərreyl”lə digər gedişlərimizi yoxladıq. Baxımlı oyun alındı. Bu komandalar qitə kuboklarında mərhələ keçmək üçün mübarizə aparacaqlar. Bir sözlə, Azərbaycan klublarına qalib gəlməyimizə baxmayaraq, üzərimizdə ciddi işləməliyik. Çünki bəzi səhvlərimiz diqqətdən yayınmadı və bundan nəticə çıxarmaq üçün vaxtımız var”.

Qeyd edək ki, “Azərreyl” və “Lokomotiv” Çexiyada təlim-məşq toplanışı çərçivəsində Çexiya çempionu “Modranska” ilə görüşün həlledici hissəsində məğlub olublar.
0