“Azərreyl” “Lokomotiv”dən güclüdür” - FOTO
01.10.2010 - 17:20
“Azərreyl” “Lokomotiv”dən güclüdür” - FOTO
“Belə oyunların keçirilməsi gözəl haldır. Yoldaşlıq oyunlarda komandamızın və heyətə yeni cəlb edilən gənclərin gücü aşkar görünür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Modranska” klubunun voleybolçusu Sarka Kubinova deyib.

Ölkələrinə “Azərreyl” və “Lokomotiv”in təlim-məşq toplanışına gəlməsindən şad olduğunu bildirən Çexiya çempionu belə komandalarla oyunda böyük təcrübə qazandıqlarını qeyd edib: “Azərbaycanlılarla hər iki oyun çox gözəl alındı. Mən başa düşürəm, “oyunların taleyi tay-brekdə həll edildi” fikrindəsiniz. Amma bizim hazırlıq üçün vaxtımız var. Bu başa çatdıqdan sonra daha da oturuşmuş heyətimiz olacaq və qələbə qazanmaqda bu qədər əziyyət çəkməyəcəyik”.

Kubinova Super Liqanın gümüş mükafatçısı “Lokomotiv”lə müqayisədə çempionatı 4-cü yerdə başa vuran “Azərreyl”in daha güclü təsir bağışlaması qənaətindədir. O, ilk görüşlə müqayisədə ikinci qarşılaşmada səhvlərinin də az olduğunu bildirib: “1 gündə Bakı klublarının 2 görüş keçirdik. İkinci qarşılaşdığımız “Azərreyl”i daha güclü saya bilərəm. Onlara qarşı taktikamız da fərqli idi. Ancaq sevinirəm ki, sonda qələbə qazana bildik. Yoldaşlıq görüşü də olsa, evdə rəqibi məğlub etməyimizə görə çox şad oldum”.

Qeyd edək ki, Çempionlar Liqasına hazırlaşan “Modranska” paytaxt komandaları ilə oyunlarda 3:2 hesabı ilə qələbə qazanıb.
0