Klublarımız harada oynayacaqlarını bilmirlər
05.10.2010 - 13:52
Klublarımız harada oynayacaqlarını bilmirlər
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan çempionatının başlama vaxtı və yarışda mübarizə aparacaq komandaların adları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, ölkə birinciliyində 8 klubun iştirakı planlaşdırılsa da, bu reallaşmayıb. Noyabrın 15-də start götürəcək çempionatda yenidən 6 komanda qüvvəsini sınayacaq. Çempion adı uğrunda “Qala”, “AzTop”, “Araz”, “Makkabi”, “Şəki” və “Xəzər Universiteti” bir-birini sınağa çəkəcək.

Qeyd edək ki, yarışın başlama vaxtı müəyyənləşsə də hələ ki, keçirilmə yerinə aydınlıq gəlməyib. Çempionatın oyunlarının “Sərhədçi” Olimpiya İdman Mərkəzində və ya ABU-Arenada olacağı gözlənilir.
0