Avropa “Azərreyl”in 2 rekorduna qibtə edir
19.10.2010 - 15:02
Avropa “Azərreyl”in 2 rekorduna qibtə edir
Bakının “Azərreyl” komandası “Çelenc Cup”ın 2010/2011-ci illər mövsümünün ilkin mərhələsində 2 rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə mübarizə aparan komandalar arasında ən tez rəqibini Vüqar Əliyevin yetirmələri məğlub ediblər. İlk oyunda qələbə qazanmağa 60 dəqiqə sərf edən voleybolçularımız cavab görüşündə rəqibi məğlub etməyə 59 dəqiqəyə dəqiqə sərf ediblər. Onların ən yaxın izləyiciləri isə Azərbaycanın digər klubu “İqtisadçı” olub. Rəşad Yazıçıoğullarının yetirmələri “dəmiryolçular”dan 20 dəqiqə çox meydanda olublar.

“Azərreyl” bundan əlavə, növbəti mərhələyə yüksələn klublar arasında ən çox top fərqinə görə də birincidir. Bakı komandası 2 oyunda 150 xal qazandığı halda, rəqibinə cəmi 58 xal verib.

Qeyd edək ki, “Azərreyl” “Çelenc Cup”ın ilkin mərhələsində Maltanın PAOLA Hibs komandasını mübarizədən kənarlaşdırıb. Onlar növbəti görüşdə Yunanıstan “Markopoulo”su ilə qarşılaşacaqlar.
0