“Qalatasaray” noyabrda Bakıya gələcək
22.10.2010 - 23:17
“Qalatasaray” noyabrda Bakıya gələcək
Noyabrın əvvəlində Bakıda 4-ü yerli olmaqla, 8 klubun iştirakı ilə qadın voleybolçular arasında beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının xəbərinə görə, ayın 2-də startı veriləcək yarışda "Rabitə", "Lokomotiv", "İqtisadçı" və "Azərreyl"lə yanaşı, Türkiyənin "Qalatasaray" və "Əczaçıbaşı" klubu, eləcə də Rusiyanın "Uraloçka" və "Zareçye Odintsovo" klubu mübarizə aparacaq.
0