“Markopoulo”nun Azərbaycana gəlişi dəqiqləşdi
25.10.2010 - 11:09
“Markopoulo”nun Azərbaycana gəlişi dəqiqləşdi
Azərbaycanı “Çelenc Cup” yarışında təmsil edən paytaxtın “Azərreyl” klubunun II təsnifat mərhələsində oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Vüqar Əliyevin yetirmələri Yunanıstanın “Markopoulo” komandası ilə ilk görüşlərini dekabrın 7-də Bakıda keçirəcəklər. Onlar cavab qarşılaşmasına isə dekabrın 15-də səfərdə çıxacaqlar.

Qeyd edək ki, “Azərreyl” ilkin təsnifat mərhələsində Maltanın PAOLA Hibs komandasını mübarizədən kənarlaşdırıb.
0