Xorvatiya yığması “Rabitə”nin voleybolçusunu mundiala aparır
26.10.2010 - 15:17
Xorvatiya yığması “Rabitə”nin voleybolçusunu mundiala aparır
Oktyabrın 29-dan noyabrın 14-dək Yaponiyada keçiriləcək voleybol üzrə qadınlar arasında dünya çempionatında iştirak edəcək Xorvatiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda daha bir Azərbaycan Super Liqasının iştirakçısına etimad göstərilib.

Növbəti mövsümdə “Rabitə”nin şərəfini qoruyacaq Mirella Deliç mundialda mübarizə aparacaq yığmasının “14-lüy”ündə yer alıb.

Qeyd edək ki, hələlik Azərbaycan klublarından dünya çempionatında çıxış edəcək 4-cü voleybolçu müəyyənləşib. Deliçdən öncə, “Rabitə”dən komanda yoldaşları Nataşa Krsmanoviç və Silviya Papoviç də Serbiya milli komandasına, “İqtisadçı”dan isə Yuko Sano isə Yaponiya yığmasına çağırılmışdı.
0