“Fənərbaxça”da dava düşdü - VİDEO
24.11.2010 - 16:00
“Fənərbaxça”da dava düşdü -  VİDEO
“Fənərbaxça” klubunda xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, Superliqanın növbəti turunun “İstanbul Böyükşəhər Bələsiyyəspor”la oyununa hazırlaşan “sarı-lacivərdlilər”in məşqi qalmaqalla nəticələnib.

Belə ki, komandanın futbolçuları dalaşıblar. Ötürmələr üzərindəki çalışmalar zamanı top uğrunda mübarizə aparan Biliçanın sərt müdaxiləsi Caneri özündən çıxarıb. Lakin baş məşqçi Aykut Kocaman buna əhəmiyyət verməyərək, davam işarəsi verib. Az keçməmiş Caner braziliyalını söyməklə, hirsini çıxarıb. Biliça isə onun saçını yolub. Onları yalnız araya girən digər futbolçular ayırıblar.
0