Barak Obama basketbol meydanında zədələndi - FOTO
27.11.2010 - 11:20
Barak Obama basketbol meydanında zədələndi - FOTO
ABŞ prezidenti Barak Obama basketbol oynayarkən xəsarət alıb. Apasport.az saytının məlumatına görə, zədələnən ölkə başçısının dodağına 12 tikiş qoyulub.
Obamanın necə zədələnməsi isə qaranlıq qalıb. Bəziləri topun onun üzünə dəyib dodağını partlatdığını iddia edir. Lakin top uğrunda mübarizə zamanı prezidentin dirsək zərbəsi aldığını deyənlər də var.
Qeyd edək ki, Obama basketbol oynamaq üçün Vaşinqtondakı Fort-Makneyr hərbi bazasına yollanıbmış. Jurnalistlərin də tamaşaçı qismində dəvətli olduğu oyunda isə prezidentlə yanaşı onun müşavirləri və qohumları iştirak ediblər.
0