“Lokomotiv” rusiyalı voleybolçu ilə anlaşdı
29.11.2010 - 12:05
“Lokomotiv” rusiyalı voleybolçu ilə anlaşdı
Bakının “Lokomotiv” klubu mövsüm öncəsi daha bir transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş mükafatçısı rusiyalı Aleksandra Samoylovanı rənglərinə bağlayıb. 23 yaşlı voleybolçu “Çelenc Cup”ın II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “dəmiryolçular”la 1 illik müqaviləyə imza atıb.
0