Yığmamız Rusiyadan məğlubiyyətlə qayıdır
30.11.2010 - 11:19
Yığmamız Rusiyadan məğlubiyyətlə qayıdır
Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) təşkilatçılığı ilə Rusiyada keçirilən voleybolçu qızlar arasında turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan yığması uğursuz çıxışı ilə yadda qalıb.

Polşa və Ukrayna milli komandaları ilə eyni qrupda yer alan yeniyetmə voleybolçularımız hər 2 görüşdə 0:3 hesabı ilə uduzaraq, növbəti mərhələyə yüksələ bilməyiblər.

Qeyd edək ki, yarışın qalibi adını Belarusu məğlub edən Rusiya yığması qazanıb.

Azərbaycan – Polşa - 0:3 (19:25, 27:29, 16:25)
Ukrayna - Azərbaycan – 3:0 (25:14, 25:22, 25:20)
0