Milli komandamız biabırçı hesabla uduzdu
01.12.2010 - 11:32
Milli komandamız biabırçı hesabla uduzdu
Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) təşkilatçılığı ilə Latviyanın Talsi şəhərində keçirilən oğlanlar arasında voleybol turnirinin qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiya milli komandası birinci yeri tutub. Voleybolçularımız şimal qonşularımızdan fərqli, turnirdə qələbəyə belə həsrət qalıblar. Onlar ilk 2 oyunla müqayisədə sonuncu görüşdə polşalılara biabırçı hesabla uduzublar. Belə ki, komandamız 3 setdə cəmi bir hissənin xalını toplaya bilib (25) və qrupda sonuncu yeri tutub.

Latviya - Azərbaycan – 3:0 (25:15, 25:13, 25:19)

Azərbaycan – Belarus - 0:3 (12:25, 13:25, 18:25)

Polşa - Azərbaycan – 3:0 (25:5, 25:9, 25:11)

Xatırladaq ki, qızlar arasında keçirilən analoji yarışda da Rusiya voleybolçuları çempion adına yiyələnmişdilər.
0