Klublarımızın oyunlarını idarə edəcək hakimlərin adları açıqlandı
02.12.2010 - 10:52
Klublarımızın oyunlarını idarə edəcək hakimlərin adları açıqlandı
“Çelenc Cup” turnirinin II təsnifat mərhələsində “Azərreyl”, “İqtisadçı” və “Lokomotiv”in ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, paytaxt klublarından mübarizəyə birinci başlayacaq universitet komandasının “Sparkasse” (Avstriya) ilə oyununu Monika Ujhazi (Macarıstan) idarə edəcək. Dekabrın 8-də saat 16:00-da “Sərhədçi” Olimpiya Mərkəzində start götürəcək matçda II hakim funksiyasını rusiyalı Maksim Berdnikov yerinə yetirəcək.
Bu qarşılaşmadan 1 gün sonra eyni arenada olacaq “Azərreyl” – “Markopoulo” duelində ədaləti Markus Kapp (Estoniya) və Toşo Stoyanov (Bolqarıstan) qoruyacaqlar. Digər paytaxt klubu “Lokomotiv” isə ilk görüşünü səfərdə keçirəcək. “Dəmiryolçular”ı dekabrın 9-da Rusiyada “Omiçka” ilə matça Yaroslav Svejda (Çexiya) və Ognian Tankişev (Bolqarıstan) çıxaracaq.
0