İtaliya klubu İçərişəhərdə - FOTO
02.12.2010 - 13:45
İtaliya klubu İçərişəhərdə - FOTO
Çempionlar Liqasının II turu çərçivəsində bu gün “Rabitə” ilə qarşılaşacaq “Skavolini” klubunun voleybolçuları Bakıda gəzintiyə çıxıblar. Apasport.az saytının məlumatına görə, qonaqlar şəhərin tarixi abidələri ilə tanış olublar. Pesaro təmsilçisi həmçinin, İçərişəhərdə yerləşən İtaliyanın ölkəmizdəki səfirliyinə də baş çəkiblər.
Qeyd edək ki, “Rabitə” - “Skavolini” görüşü bu gün saat 17:00-da start götürəcək.
0