Guicci: Əvvəllər Azərbaycanda klublar bu səviyyədə deyildilər - FOTO
03.12.2010 - 11:32
Guicci: Əvvəllər Azərbaycanda klublar bu səviyyədə deyildilər - FOTO
“Biz Azərbaycan Super Liqasının necə güclənməsinin şahidi olduq. Burada bütün klublar inkişafdadır və hamısının heyətinə güclü legionerlər cəlb edilib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının II turunda “Rabitə”yə uduzan İtaliyanın “Skavolini” klubunun voleybolçusu Martina Guicci deyib.

Pesaro təmsilçisinin 26 yaşlı üzvü bildirib ki, belə gözəl oyunundan sonra Azərbaycan çempionunu yalnız təbrik etmək lazımdır: “Əvvəllər Azərbaycanda güclü klublar olsalar da, bu səviyyədə deyildilər. “Rabitə” əla oyun nümayiş etdirdi. Biz onların ifasında gözəl kombinasiyaların şahidi olduq. Azərbaycan çempionu, həmçinin sürətli oyunu və kəskin hücumları ilə öyünə bilər. Bir sözlə, belə möhtəşəm qələbədən sonra “Rabitə”ni yalnız təbrik etmək lazımdır”.

Xatırladaq ki, Azərbaycan çempionu Pesaro təmsilçisinə 3:1 hesabı ilə qalib gəlib.
0