Azərbaycan çempionatında erkən final
04.12.2010 - 00:01
Azərbaycan çempionatında erkən final
Bu gün basketbol üzrə Azərbaycan çempionatında növbəti turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Basketbol Federasiyasının idman zalında keçiriləcək yarışda III turun qarşılaşmaları baş tutacaq.

Günün ilk oyununda debütantlar - “Şəki” və U-18 komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. İlk 2 qarşılaşmada “Araz”a məğlub olan və BDU-ya qalib gələn əyalət təmsilçilərinin bu dəfə də qələbə qazanacaqlarını proqnozlaşdırmaq olar. Çünki yeniyetmələrdən ibarət yığma təcrübə baxımından əziyyət çəkir.

Bu görüşdən sonra meydan tələbələrin ixtiyarına veriləcək. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Bakı Dövlət Universitetinin basketbolçularını sınağa çəkəcəklər.

Tura mərkəzi oyunla yekun vurulacaq. Bu görüşdə Azərbaycan çempionatının son finalçıları “Qala” və “Araz” mübarizə aparacaqlar. Yığmanın əsas üzvlərinin cəmləşdiyi 2 klub arasında matçlar həmişə prinsipiallığı ilə diqqəti çəkir. Son mövsümdə Elxan Əliyevin yetirmələri həlledici görüşdə məğlub olduqları Naxçıvan klubundan qisasını ala bilərlər. Hazırda turnir cədvəlində top fərinə görə, Tahir Baxşiyevin yetirmələrini qabaqlayan “Qala” qələbə qazanacağı halda vahid liderə çevriləcək.

Qeyd edək ki, bu oyun “İdman-Azərbaycan” kanalı vasitəsilə yayımlanacaq.

3 dekabr

14:00. “Şəki” – U-18
15:30. ABİK - BDU
17:00. “Qala” – “Araz”

1

Qala

2

2

0

0

168-84

4

2

Araz

2

2

0

0

213-158

4

3

Şəki

2

1

0

1

144-130

3

4

ABİK

2

1

0

1

108-131

3

5

U-18

2

0

0

2

127-168

2

6

BDU

2

0

0

2

61-150

2

0