Azərbaycan yığması üçün kor püşk
04.12.2010 - 01:44
Azərbaycan yığması üçün kor püşk
Qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının xəbərinə görə, Azərbaycan millisi çətin rəqiblərlə qarşılaşacaq.

Belə ki, Faiq Qarayevin yetirmələri B qrupunda İtaliya, Xorvatiya və Türkiyə yığmaları ilə qarşılaşacaqlar. Qrup oyunları gələn ilin payızında İtaliyanın Monse şəhərində keçiriləcək.
0