Milli komandamız yenə qrupda qaldı
06.12.2010 - 10:39
Milli komandamız yenə qrupda qaldı
Qadın həndbolçular arasında dünya çempionatının seçmə mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Yunanıstanın Drama şəhərində keçirilən qrup mərhələsində qüvvəsini sınayan Azərbaycan yığmasının çıxışı uğursuz alınıb.

Belə ki, İsveçrə millisi ilə heç-heçə (29:29) edən Rəfiqə Şabanovanın yetirmələri II oyunda makedoniyalı həndbolçulara 20:26 hesabı ilə uduzublar. Onlar son görüşdə Yunanıstan komandasına 27:19 hesabı ilə qalib gəlsələr də, bu növbəti mərhələyə yüksəlmək üçün kifayət etməyib. Qrupumuzdan pley-off mərhələsinə isə bütün oyunlarını qələbə ilə başa vuran Makedoniya yığması yüksəlib.

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində 6 dəfə mübarizə aparan yığmamız yalnız DÇ-2005-də qrup mərhələsini keçməyi bacarıb.

1

Makedoniya

3

3

0

0

90-67

6

2

Azərbaycan

3

1

1

1

76-74

3

3

İsveçrə

3

1

1

1

86-86

3

4

Yunanıstan

3

0

0

3

60-85

0


0