“Vəhşi pişiklər”in lideri Bakıya gəlmir - FOTO
07.12.2010 - 11:45
“Vəhşi pişiklər”in lideri Bakıya gəlmir - FOTO
“İqtisadçı” voleybol klubunun “Çelenc Cup”ın II təsnifat mərhələsində rəqibi “Sparkasse” Bakıya lidersiz gələcək. Apasport.az saytının məlumatına görə, heyətində cəmi 2 legioneri olan Avstriya təmsilçisi amerikalı legioneri Cennifer Bansenin xidmətindən məhrum olub. “Vəhşi pişiklər” ləqəbli klubun voleybolçusu ölkə çempionatının son turunda zədələnib.

Qeyd edək ki, “İqtisadçı” - “Sparkasse” görüşü sabah keçiriləcək. Rəqib isə paytaxtımıza bu gün gəlir.
0