Helmut Voggenberger: Bakıya məğlub olmağa getmirik
07.12.2010 - 12:31
Helmut Voggenberger: Bakıya məğlub olmağa getmirik
“Səfərə gərgin çempionat oyunundan sonra yollanırıq. Bu səbəbdən yetirmələrimə Azərbaycan Super Liqasının bürünc mükafatçısı ilə görüş öncəsi formalarını bərpa etmək üçün vaxt verdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Sparkasse” voleybol klubunun baş məşqçisi Helmut Voggenberger deyib.

Sabah “Çelenc Cup”ın II təsnifat mərhələsində “İqtisadçı”nın rəqibi olacaq “Vəhşi pişiklər”in çalışdırıcısı bildirib ki, Bakıdakı qarşılaşma çətin olacaq: “İqtisadçı” güclü komandadır. Onlar I təsnifat mərhələsində də bunu sübut ediblər. Heyətlərinə gəlincə, əla legionerləri var. Fikrimcə, Bakı klubundan Tayibu Xaneef-Parkın adını çəkmək kifayət edər. Pekin-2008-in finalında oynamış voleybolçunun boyu 200 sm-dir. Biz isə səfərdə lidersiz oynayacağıq. Amma buna baxmayaraq, Bakıya məğlubiyyət üçün getmirik. Çalışacağıq ki, ən yaxşı oyunumuzu oynayaraq, yolumuza davam edək”.

Qeyd edək ki, “Sparkasse”nin lideri Cennifer Banse zədə səbəbindən “İqtisadçı” ilə ilk matçı buraxmaq məcburiyyətində qalıb.
0