3-cü qələbə, yoxsa 3-cü məğlubiyyət? - STATİSTİKA
07.12.2010 - 16:00
3-cü qələbə, yoxsa 3-cü məğlubiyyət? - STATİSTİKA
Voleybol üzrə qadınlar arasında “Çelenc Cup” turnirinin II təsnifat mərhələsinə start verilir. Apasport.az saytının məlumatına görə, Azərbaycanın “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” ilə təmsil olunduğu qitə miqyaslı yarışda öncə mübarizəyə universitet komandası başlayacaq.

Rəşad Yazıçıoğullarının çalışdırdığı komanda Avstriya “Sparkasse”si ilə münasibətlərinə aydınlıq gətirəcək. Sabah keçiriləcək qarşılaşma “İqtisadçı”nın “Çelenc Cup”da 5-ci oyunu olacaq. Avropa miqyaslı turnirlərdə ötən ildən qüvvəsini sınayan paytaxt klubunun debütü uğurlu alınmayıb. Türkiyə “Qalatasaray”ı “iqtisadçılar”ın siftəsini kor edərək, hər 2 görüşdə onları məğlub edib.

Əvəzində bu il “Dördlər finalı”na kimi irəliləməyi planlaşdıran universitet təmsilçisi “Çelenc Cup”a qələbə ilə başlayıb. I təsnifat mərhələsində Bosniya və Herseqovina “Kula”sına hər 2 qarşılaşmada “quru hesabla” qalib gələn Rəşad Yazıçıoğullarının yetirmələri “Sparkasse” ilə görüşün də fovariti hesab edilirlər. Onların sabah keçiriləcək matçda qələbə qazanacaqları gözlənilir. Çünki indiyə kimi hələ Avstriya komandaları Azərbaycan klublarına qalib gələ bilməyiblər.

Çempionlar Liqası və CEV kuboku çərçivəsində “Azərreyl” bu ölkənin SVS Post komandası ilə 4 dəfə qarşılaşıb və hamısında qələbə qazanıb. “Çelenc Cup”da 2 dəfə qalib gələn və eyni sayda məğlub olan “İqtisadçı” bu görüşdə rəqibini məğlub edəcəyi halda, balansını yaxşılaşdıracaq. İlk dəfə qələbə sayına görə irəli keçəcək komanda set fərqində də qabağa düşəcək.

Qeyd edək ki, “İqtisadçı” “Sparkasse” oyunu saat 16:00-da start götürəcək.

“İqtisadçı”nın Avropa kuboklarında oyunları

Çelenc Cup, 2009/2010
Təsnifat mərhələsi

2 dekabr
“Qalatasaray” (Türkiyə) – “İqtisadçı” – 3:0 (25:18, 25:13, 25:17)

10 dekabr
“İqtisadçı” – “Qalatasaray” – 0:3 (14:25, 23:25, 14:25)

Çelenc Cup, 2010/2011
I təsnifat mərhələsi*

16 noyabr, 2010
“Kula” (Bosniya və Herseqonina) - “İqtisadçı” – 0:3 (16:25, 19:25, 8:25)

17 noyabr, 2010
“İqtisadçı” – “Kula” – 3:0 (25:19, 25:16, 25:12)

* - hər 2 oyun Bakıda keçirilib.

Azərbaycan və Avstriya klublarının oyunları

Azərreyl

4

4

0

12-3

8

SVS Post

4

0

4

3-12

4



Çempionlar Liqası, 2006/2007
Qrup mərhələsi

5 dekabr, 2006
SVS Post – “Azərreyl” - 1:3 (22:25, 27:25, 15:25, 21:25)

11 yanvar, 2007
“Azərreyl” - SVS Post – 3:0 (25:14, 25:15, 25:21)

CEV kuboku, 2009/2010
1/16 final mərhələsi

3 dekabr, 2009
SVS Post – “Azərreyl” - 2:3 (25:21, 25:27, 22:25, 25:21, 16:18)

8 dekabr, 2009
“Azərreyl” - SVS Post – 3:0 (25:18, 25:20, 25:15)

Tahir HÜMMƏTOV
0