“Ximik” Bakıya gəlir
13.01.2011 - 20:40
“Ximik” Bakıya gəlir
Bakının “Azərreyl” voleybol klubunun “Çelenc Cup” turnirində növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/16 final mərhələsində Yunanıstan çempionu – “Olimpiakos”a qalib gələn Vüqar Əliyevin yetirmələri 1/8 finalda Ukraynanın “Ximik” komandası ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

“Azərreyl” Hollandiyanın PND klubuna “Qızıl set”də qalib gələn ukraynalılarla ilk görüşünü fevralın 1-3-də səfərdə keçirəcək. Cavab matçı isə 1 həftə sonra Bakıda təşkil ediləcək.
0