“Rabitə” liderliyini qorudu - YENİLƏNİB
14.02.2011 - 20:51
“Rabitə” liderliyini qorudu - YENİLƏNİB
Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında yaranmış fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, 23 günlük fasilədən sonra VIII turun qarşılaşmaları keçirilib.

Turun ilk matçında “Bakı” “İqtisadçı”nı sınağa çəkib. I dövrədə rəqibinə qalib gələn Jan De Brandtın yetirmələri bu dəfə də eyni uğuru təkrarlayıblar. Oyundan öncə universitet komandasının çətinliklə qalib gələcəyi gözlənilsə də, bu belə olmayıb. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən “İqtisadçı” asan qələbə qazanıb – 3:0.

Bu oyundan sonra “Şirvan” və “Azərreyl” münasibətlərinə aydınlıq gətiriblər. VII turda turnir cədvəlində liderliyi itirən Vüqar Əliyevin yetirmələri bu dəfə 2 xala seviniblər. Düzdür, ilk setdə onlar rəqibin müqaviməti ilə rastlaşsalar da (25:21), son 2 hissədə gənclərdən qurulmuş “Şirvan”a cəmi 23 xal veriblər – 25:11, 25:12.

Turun axırıncı matçında son Azərbaycan Super Liqasının finalçıları - “Lokomotiv” və “Rabitə” üz-üzə gəliblər. İlk dövrədə gözlənilmədən “dəmiryolçular”a uduzaraq liderliyi itirən Dejan Brdjoviçin yetirmələri bu dəfə qisas almağı bacarıblar. Onlar rəqiblərini 3:1 hesabı ilə məğlubiyyətə uğradıblar.

Beləliklə, VIII turdan sonra turnir cədvəlində mövqe dəyişikliyi olmayıb. “Rabitə”, “İqtisadçı” və “Azərreyl” növbəti qələbələrini qazanaraq, ilk “3-lük”dəki yerlərini qoruyublar.

14 fevral

VIII tur
“Bakı” - “İqtisadçı” - 0:3 (19:25, 14:25, 20:25)
İlk oyun: “İqtisadçı” – “Bakı” – 3:1 (25:21, 25:19, 18:25, 25:16)

“Şirvan” - “Azərreyl” - 0:3 (21:25, 11:25, 12:25)
İlk oyun: “Azərreyl” – “Şirvan” - 3:0 (25:20, 25:12, 25:16)

“Lokomotiv” - “Rabitə” - 1:3 (14:25, 25:13, 17:25, 25:27)
İlk oyun: “Rabitə” - “Lokomotiv” - 2:3 (25:23, 25:21, 21:25, 18:25, 12:15)

1

Rabitə

8

6

2

20-8

14

2

İqtisadçı

8

6

2

20-8

14

3

Azərreyl

8

6

2

19-8

14

4

Lokomotiv

8

3

5

12-18

11

5

Bakı

8

2

6

8-18

10

6

Şirvan

8

1

7

4-23

9

0