Kimberli Qlassın anası: Qızım lap əla düşüb - VİDEO
17.02.2011 - 16:03
Kimberli Qlassın anası: Qızım lap əla düşüb - VİDEO
Kanadada “Sports İllustrated Swimsuit İssue 2011” jurnalı üçün pozalar verən “Rabitə” klubunun amerikalı legioneri Kimberli Qlass çəkdirdi şəkillərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Pekin Olimpiadasının gümüş mükafatçısı deyib ki, çoxdan bu arzuda imiş.

Qlassın fikrincə, bu təklif ona elektron ünvanı vasitəsi ilə edilib: “Fotossesiyada iştirak etməyi çox arzulayırdım. Burada şəkil çəkdirmək üçün təklif mənim e-mail adresimə gəlmişdi. Həmin məktubda deyilirdi ki, bu jurnal Kimberlinin şəkillərində maraqlıdır. Mən də bunu istəyirdim və hətta 1 saniyə ərzində sevincimdən nəfəs belə ala bilmirdim. Tez cavab yazdım. Fikirləşdim ki, bu işdə maraqlıyam”.

Qlassın atası Şerman və anası Çen İra da qızlarının çimərlik paltarında şəkillərinin pis alınmadığı qənaətindədir.

Çen İra bildirib ki, qızı bu şəkillərdə əla görünür: “O, bu şəkillərdə pis görünmür. Ona görə siz pərişan olmayacaqsınız. Kimberli burada lap əla düşüb”.

Ata Qlassın sözlərinə görə, qızının Kanadada şəkillər çəkdirməsindən xəbəri olmayıb: “O, çimərlik paltarında şəkil çəkdirib. Kimberli mənə dedi ki, avqustda Kanadada olub. Onun bu şəkillərini çəkəndə isə xəbərim olmayıb. Kimberli təkcə idman vərdişlərini deyil, digər istedadlarını da nümayiş etdirməyə çalışır. Bunu siz də bilirsiniz”.

Qeyd edək ki, Kimberli Qlass “Rabitə”yə bu mövsüm transfer olunub.
0