“Azərreyl” Türkiyəyə yollandı
18.02.2011 - 10:17
“Azərreyl” Türkiyəyə yollandı
Bakının “Azərreyl” voleybol klubu Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, Vüqar Əliyevin yetirmələri “Çelenc Cup” turnirinin 1/4 final mərhələsində Finlandiyanın “Salo” komandası ilə ilk matçına qonşu ölkədə hazırlaşacaq. Burada 3 gün təlim-məşq toplanışında olacaq “Azərreyl” yoldaşlıq görüşündə də gücünü yoxlayacaq.

Komandamız Türkiyədə hazırlığını başa vurduqdan sonra birbaşa Finlandiyaya yollanacaq. “Salo” – “Azərreyl” görüşü fevralın 23-də Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, “Azərreyl” 1/8 final mərhələsində Ukraynanın “Ximik” klubu ilə oyuna da məhz Türkiyədə hazırlaşmışdı.
0