“Azərreyl”in oyununa 10 avroluq bilet
18.02.2011 - 12:04
“Azərreyl”in oyununa 10 avroluq bilet
“Çelenc Cup” turnirinin 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Solo” – “Azərreyl” görüşünün biletləri satışa çıxarılıb. Apasport.az-ın “Solo” klubunun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanı canlı izləmək istəyənlər üçün ən ucuz bilet 10 avroya satılacaq. Fevralın 23-də olacaq görüşdə sektorlardan asılı olaraq, qiymətlər 12 və 15 avro arasında dəyişəcək.

Qeyd edək ki, cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək. Bu matça giriş isə həmişəki kimi pulsuz olacaq.
0