“Azərreyl”i də məğlub etməyin yolunu tapacağıq” - FOTO
18.02.2011 - 12:27
“Azərreyl”i də məğlub etməyin yolunu tapacağıq” - FOTO
“Azərbaycanda voleybol inkişafdadır. Onların 4 klubu Avropada mübarizəni davam etdirirlər. “Rabitə” Çempionlar Liqasında, “Azərreyl”, “İqtisadçı” və “Lokomotiv” isə “Çelenc Cup”da inamlı təsir bağışlayırlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanın “Solo” komandasının voleybolçusu Аnna-Mari Arminen deyib.

“Solo” fevralın 23-də “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin ilk görüşündə Bakının “Azərreyl” komandası ilə qarşılaşacaq. Bu mərhələyə “Qızıl set”də qələbə qazanmaqla yüksələn finlandiyalı voleybolçular bu uğuru davam etdirmək istəyirlər. Arminen bildirib ki, rəqibin güclü olmasına baxmayaraq, evdə məğlub olmaq fikrində deyillər: “Azərreyl” Avropada çox inamlı təsir bağışlayır. Heyətləri təcrübəli voleybolçulardan qurulub. Lakin onları məğlub etməyin yolunu tapacağıq. Çünki 1/8 finalda evdə İsveçrənin “Kanti” klubuna uduzsaq da, səfərdə bu məğlubiyyətin əvəzini almaqla “Qızıl set”də də sevinən tərəf olduq. Bunun üçün düşərgəmizdə əla abı-hava var. İnanıram ki, “Azərreyl”lə də qarşılaşmada bu oyunumuza yaxşı mənada təsir göstərəcək”.

Qeyd edək ki, Arminen “İqtisadçı”da çıxış edən Riikka Lehtonenlə birlikdə Finlandiya yığmasının şərəfini qoruyur.
0