Messini yerə çırpdılar – VİDEO
03.05.2011 - 18:00
Messini yerə çırpdılar – VİDEO
İngiltərə çempionatının aşağı dəstəsində kuryoz hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Çempionşipdə mübarizə aparan “Kardiff” klubunun futbolçusu Kevin Maknotton hakimi yerə yıxıb. O, “Midlsbro” ilə qarşılaşmada özünü saxlaya bilməyərək yan xətt hakimi funksiyasını yerinə yetirən xanımla toqquşub. Zərbədən yerə çırpılan Şon Messi isə özünü elə itirib ki, ayağa qalxan kimi bayrağı əlinə götürüb qərarını səhv verib.

Qeyd edək ki, hakimi yıxan futbolçunun komandası öz meydanında 0:3 hesabı ilə uduzub.
0