Börti, Börti Vogts... - VİDEO
10.05.2011 - 12:10
Börti, Börti Vogts... - VİDEO
Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” mahnı müsabiqəsi Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun şirin xatirələrinə səbəb olub. Apasport.az saytının məlumatına görə, 65 yaşlı mütəxəssis yarışmanın əsas 3 hissəsini – yarımfinalları və finalı izləyəcəyi halda nostalji hisslərə qapılacaq.

Belə ki, hər 3 şounun aparıcıları Ştefan Raab və Cudit Rayker olacaq. Jurnalist olan xanımdan fərqli, Ştefan yığmamızın baş məşqçisinə yaxşı tanışdır. 44 yaşlı komik, musiqiçi və prodüserin məşhurlaşmasında Foqtsun da payı var.

Musiqi səhnəsinə 18 il əvvəl – 1993-cü ildə gələn Raab növbəti il həmin vaxt Almaniya milli komandasının baş məşqçisi olan mütəxəssisə mahnı həsr edib. “Börti, Börti Vogts” adlanan rep janrında olan mahnı qısa müddətdə o qədər populyarlaşıb ki, Almaniya hit-paradlarında 4-cü pilləyə qalxıb. Bununla da, şoumenin zirvələrə yoluna start verilib.

Qeyd edək ki, 2008-ci ildən yığmamızı çalışdıran Foqts 1990-98-ci illərdə Almaniya millisinə başçılıq edib və 1996-cı ildə Avropa çempionu titulunu qazanıb.
0