Mourinyo cinlər diyarında - VİDEO
11.05.2011 - 15:47
Mourinyo cinlər diyarında - VİDEO
“Barselona” azarkeşləri maraqlı layihə hazırlayıblar. Apasport.az saytının məlumatına görə, kataloniyalı tərəfdarlar fantaziyalarını işə salmaqla, əzəli rəqiblər “Real”la “Barselona”nın bir filmdə çəkilməsinin necə nəticələnəcəyi haqda klip çəkiblər.

Daha çox dəhşətli filmlər janrını xatırladan bu “əsər”də “Real”ın baş məşqçisi Joze Mourinyo və əsas qol silahı Kriştianu Ronaldo kabusdan qaçmağa çalışırlar.

Onlar üçün kabus isə Çempionlar Liqası və Primerada uduzduqları “Barselona” üzvləridir.

Sanki cinlər diyarına düşən portuqaliyalılar qaçmağa cəhd edir, lakin kataloniyalılardan yaxa qurtara bilmirlər.
0