“İnək” qol vurdu, futbolçular yox - VİDEO
10.06.2011 - 16:29
“İnək” qol vurdu, futbolçular yox - VİDEO
ABŞ-da futbol azarkeşləri dünyada görünməmiş hadisəyə şahid olublar. Apasport.az saytının məlumatına görə, MLS-də inək də qol vurub.

Söhbət “Sportinq” – “Çikaqo Fayr” matçından gedir. Həmin qarşılaşma zamanı meydana inək paltarı geyinmiş azarkeş daxil olub. Cəld tərpənən “inək” topa yiyələnərək, bir rəqibini keçərək qol vurub. Qol təbii ki, qeydə alınmayıb və matç 0:0 hesabı ilə başa çatıb. Həmin azarkeş isə həbs olunub.
0