Penaltini dabanı ilə vuran futbolçu cəzalana bilər - VİDEO
19.07.2011 - 17:50
Penaltini dabanı ilə vuran futbolçu cəzalana bilər - VİDEO
BƏƏ milli komandasının futbolçusu Teyyab Avana dabanı ilə qol vurduğu üçün cəzalana bilər. Apasport.az saytının məlumatına görə, ərəb futbolçunun Livan yığması ilə yoldaşlı görüşündəki hərəkəti rəqibə hörmətsizlik kimi dəyərləndirilir. Belə ki, hesab 5:2 olarkən penalti zərbəsini yerinə yetirən Avana topa çatar-çatmaz arxasını çevirib dabanla qapını nişan alıb.

Gözlənilməz zərbə qolla nəticələnəndən sonra isə futbolçunun gülməyi livanlıları qəzəbləndirib. Onlardan bir neçəsi yarımmüdafiəçinin hərəkətinin onlara qarşı hörmətsizlik olmasını önə çəkib. Belə hərəkətinə görə futbolçunun cəzalanacağı, ən yaxşı halda isə pul cəriməsi ödəyəcəyi ehtimal olunur.
0