Fabio Kapello: Sürprizin həmişə yeri var
05.10.2013 - 11:06
Fabio Kapello: Sürprizin həmişə yeri var
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello mundialın favoritlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis çempionluğa əsas namizəd kimi 5 komandanın adını çəkib.

Kapello 4 illiyin ən böyük futbol yarışında sensasiyanın olacağını da istisna etmir: “Balotellinin nə vaxtsa böyüyəcəyini bilmirəm. Amma buna ümid edirəm. İtaliyanın çox maraqlı yığması var. Onlar mundialın favoriti ola bilər. Braziliya evdə oynayacaq. Azarkeşlər onları daim irəli qovacaq. Konfederasiyalar kubokunda da buna şahid olmuşduq. Argentina gündən-günə güclənir. Almaniya hələ də dünyanın ən ayxşı komandalarından biri kimi qalır. Əlbəttə ki, İspaniyanı da unutmaq olmaz. Bir də ki, həmişə sürprizin yeri var”.

Qeyd edək ki, mundiala çıxmaq iddiasında olan Kapellonun yetirmələri oktyabrın 15-də Bakıda Azərbaycan yığmasının qonağı olacaq.
0