“Qlazqo Reyncers”in futbolçusu Azərbaycana gəlir
07.10.2013 - 09:23
“Qlazqo Reyncers”in futbolçusu Azərbaycana gəlir
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Şimali İrlandiya yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, mərhələnin son oyunlarına çağırılan futbolçular arasında yer alan Coş Maqennis heyətdən çıxarılıb.

Buna futbolçunun dizindəki zədə səbəb olub. Baş məşqçi Maykl O’Nil oktyabrın 11-də Bakıda Azərbaycan, 15-də Ramat Qanda İsraillə keçiriləcək görüşlərə Endryu Littli dəvət edib.

Qeyd edək ki, Littl 2007-ci ildən Şotlandiyanın “Qlazqo Reyncers” klubuna məxsus olsa da, son 2 ili ilə icarə əsasında İngiltərənin “Port Veyl”də çıxış edir.
0