Berti Foqts jurnalistlərlə harda görüşəcək?
08.10.2013 - 10:58
Berti Foqts jurnalistlərlə harda görüşəcək?
Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə oktyabrın 11-dəki matçından 1 gün əvvəl KİV nümayəndələrinin önünə çıxacaq.

Oktyabrın 10-dakı tədbir “Şeraton” otelində gerçəkləşəcək. Jurnalistlərin Foqtsla görüşü saat 12:00-da başlayacaq.
0