Şimali İrlandiyanın ölkəmizə gələcəyi vaxt məlum oldu
08.10.2013 - 16:09
Şimali İrlandiyanın ölkəmizə gələcəyi vaxt məlum oldu
Milli komandamızın dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcəyi Şimali İrlandiya yığmasının ölkəmizə gələcəyi vaxt bəlli olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Maykl O’Nilin yetirmələri bu gün saat 19:30-da Bakıda olacaq.

Adalılar paytaxtın “Hilton” otelində qərarlaşacaq. Rəqib çalışdırıcının oktyabrın 10-u adıçəkilən məkanın konfrans zalında jurnalistlərin suallarını cavablandıracağı gözlənilir.

Qeyd edək ki, millimizin Şimali İrlandiya ilə görüşü oktyabrın 11-də olacaq. “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.
0